Bu gün cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyi start götürüb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

 

Turnirin təsnifat mərhələsi saat 10:00-da başlayıb.

 

Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ilk günündə 58 klub və idman cəmiyyətindən 191 cüdoçu (158 kişi, 33 qadın) fərdi mübarizədə gücünü yoxlayacaq.

 

Yarışın ilk günündə fərdi, ardınca isə komandalararası mübarizə baş tutacaq.

 

Qeyd edək ki, final bloku isə 17:00-dan etibarən başlayacaq. Ölkə birinciliyinə sabah yekun vurulacaq.