Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlardan olan yeniyetmə cüdoçular üçün Bakıda təlim-məşq toplanışına start verilib. Sport24.az xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən düşərgəyə ölkənin müxtəlif bölgələrindən ümumilikdə 100 idmançı cəlb olunub.

 

Hazırlıq prosesinə yığma komandaların məşqçilər heyəti və təcrübəli mütəxəssislər rəhbərlik edir.

 

Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyan toplanış dekabrın 14-dək davam edəcək. Təlim-məşq proqramı çərçivəsində idmançıların cüdo bacarıqlarının və texniki-taktiki hazırlığının inkişafı, yeni qaydaların və texniki yeniliklərin mənimsənilməsi, həmçinin fiziki hazırlığın artırılması istiqamətində məqsədyönlü çalışmalar həyata keçirilir.

 

Toplanışda paytaxtdakı cüdo klublarına səfərlər də nəzərdə tutulub.