Yanvarın 27-də Portuqaliyanın Almada şəhərində start götürəcək cüdo üzrə qran-pri turnirinin püşkü atılıb.

Sport24.az xəbər verir ki, mərasimdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Qadınlar

48 kq
Leyla Əliyeva - Mariya Selia Labord (Amerika Birləşmiş Ştatları)
Könül Əliyeva - Keysi Perafan (Argentina)

52 kq
Gültac Məmmədəliyeva - Nandin-Erdene Myaqmarsuren (Monqolustan)
Aydan Vəliyeva - Ana Perez Boks (İspaniya)

57 kq
Fidan Əlizadə - Pleyun Kornelis (Niderland)

63 kq
Aytac Qardaşxanlı - Anya Obradoviç (Serbiya)

70 kq
Südabə Ağayeva - Maya Koqan (İsrail) / Ellen Froner (Braziliya) cütlüyünün qalibi

Kişilər

60 kq
Turan Bayramov - Xuan Ayala (Ekvador) / Tumiso Futeqo (Botsvana) görüşünün qalibi
Nazir Talıbov - Daniel Leutqeb (Avstriya)

66 kq
Yaşar Nəcəfov - Vail Ezzin (Əlcəzair) / Bruno Bento (Portuqaliya) cütlüyünün qalibi

73 kq
Vüsal Qələndərzadə - Samuel Qasner (Avstriya)
Nurlan Osmanov - Narkiso Matos (Mozambik)

81 kq
Rüstəm Orucov - Kel Berliner (Amerika Birləşmiş Ştatları)
Elcan Hacıyev - Semedo Klaudiano (Kabo-Verde) / Xikmatillox Turayev (Özbəkistan) görüşünün qalibi

90 kq
Vüqar Talıbov - Haruya Kayhori (Yaponiya)

+100 kq
Camal Qamzatxanov - Stepan Heqyi (Avstriya)

Xatırladaq ki, Azərbaycan millisi 3 gün davam edəcək yarışa 16 cüdoçu ilə qatılıb.