Əfsanəvi boksçu Mayk Tayson Aleksandr Usiklə Tayson Fyuri arasındakı mümkün döyüşlə bağlı proqnozlarını səsləndirib. Sport24.az xəbər verir ki, keçmiş amerikalı əlcək ustası britaniyalı ilə döyüşdə uğur qazanmaq üçün ukraynalıya məsləhətlərini verib: “Usik Fyuridən qaça bilməz. Tayson onu küncə sıxışdıracaq və bir neçə ciddi zərbə endirəcək. Aleksandr bütün gecəni qaçaçaq. Amma qalib gəlmək istəyirsə, dayanmalı və döyüşməyə başlamalıdır”.

Xatırladaq ki, Tayson Fyuri bu günə qədər keçirdiyi 34 döyüşün 33-də qalib gəlib, bir görüş isə heç-heçə başa çatıb. O, hazırda superağır çəkidə WBC kəmərinə sahibdir. WBA Super, WBO, İBO və İBF kəmərlərini qazanan Aleksandr Usik isə keçirdiyi 20 görüşün hamısında rinqi qalib kimi tərk edib.