Boks üzrə son Olimpiadada qızıl medal qazanan qalmaqallı əlcəzairli boksçu İman Xelifin Fransa prokurorluğuna etdiyi şikayətin təfərrüatları məlum olub.Sport24.az xəbər verir ki, Xelif uğursuz gender testi ilə bağlı məlumat fonunda internetdə kütləvi zorakılığa görə şikayət edib.

 

Onun sözlərinə görə, bu iddia "X" sosial şəbəkəsinə qarşı qaldırılıb. Bununla belə, şikayətdə onun iştirakını tənqid edən tanınmış simaların adı xüsusi qeyd olunur. Şikayətdə amerikalı milyarder İlon Mask, "Harri Potter"in müəllifi JK Rovlinq və ABŞ-ın keçmiş prezidenti Donald Trampın adları çəkilir.

 

Nəzərinizə çatdıraq ki, Olimpiadada uğursuz gender testi səbəbindən Xelif ətrafında qalmaqal yaranıb və nəticədə idmançı ictimaiyyətin kütləvi tənqidi ilə üzləşib.