Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Rusiya və Belarus boksçularının qadınlar və kişilər arasında dünya çempionatına buraxılmasına görə turnri boykot edənləri qınayıb. Sport24.az xəbər verir ki, qərarların sifarişlə verildiyini iddia edib: “Biz Beynəlxalq Boks Federasiyası olaraq öz müstəqilliyimizi qoruyuruq. Bizə heç kim nəyisə diqtə edə bilməz, qərarları özümüz qəbul edirik. Uzun illər idman mədəniyyətinin formalaşmasından sonra onu dağıdanların kənara çəkilməsini tələb edirik. İdman mədəniyyət və dəyərlər deməkdir. İdman başlayan yerdə münaqişə bitir. Biz boksçular deyiri ki, idman, xüsusən də, boks siyasətdən üstündür. Dünya çempionatında gəlməyən boksçular burada iştirak etmək istəyərdi, amma onlara öz ölkələrinin məmurları mane olur”.