Pound for pound reytinqinin sabiq lideri, 2 çəkidə sabiq dünya çempionu, hazırda isə şərhçi və analitik kimi çalışan Andre Uord Tayson Fyurinin növbəti mümkün rəqibi haqda danışıb. Sport24.az xəbər verir ki, 2022-nin dekabrından bu yana heç kimlə döyüşməyən britaniyalı Fyuri superağır çəkidə WBC kəmərinin sahibidi.

Uordu dinləyək: ''Belə görürəm ki, Fyuri döyüşün təşkilatı ilə bağlı problem yaşayır. Amma onun MMA-dan kimləsə döyüşməsinin tərəfdarı deyiləm. Bu, yaxşı ideya deyil. Onun rinqlərdən kənar qalması insanları üzür. Hamı onun gələcək taleyi ilə maraqlanır. Düzdü, Fyuri çox danışır. Amma ortada heçnə yoxdu. İndi onun Frensis Nqannu və ya Con Consla döyüşməsi üçün ideal zaman deyil. Fyuri Coşua və ya onun səviyyəsinə uyğun biri ilə döyüşməlidi''.