Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. Sport24.az xəbər verir ki, idmançımız “Glory” təşkilatının çempion kəməri uğrunda mübarizə aparacaq. Yarımorta çəki dərəcəsində reytinq siyahısında birinci olan Nəbiyev çempion titulunun sahibi Sedrik Dumbe ilə üz-üzə gələcək. “Glory66” çərçivəsində təşkil olunan qarşılaşma Fransanın paytaxtı Parisdə keçiriləcək.

Bu, Alimin peşəkar rinqdə 59-cu döyüşü olacaq. Hesabında 51 qələbə olan kikboksçumuz 7 dəfə uduzub. “Glory” çərçivəsində 7 dəfə qüvvəsini sınayan təmsilçimiz 6 dəfə qalib gəlib.