"CBC Sport"un Premyer Liqamızın XVII turuna şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, "Zirə" - "Neftçi" matçını Ramiz Mirzəzadə şərh edəcək. Zirə Olimpiya Kompleksinin stadionundakı bu oyun saat 16:00-da başlayacaq. Saat 18:30-da "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Səbail" qarşılaşmasında isə Şəmsəddin Abbasov şərhçi olacaq.

Xatırladaq ki, turun bütün oyunları bir gündə keçirildiyindən, "CBC Sport" yalnız 2 matçı canlı yayımlaya biləcək. "Bank Respublika Arena"da saat 17:30-da start götürəcək "Sabah" - "Keşlə" görüşünü isə PFL-in "YouTube" kanalıyla birbaşa izləmək mümkün olacaq.