UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan kollektiv yerli "Radomlje" ilə üz-üzə gəlib.

 

Qarşılaşma Split təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Hayduk" növbəti hazırlıq matçını "Polyud"a qarşı keçirəcək.

 

Qeyd edək ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə 31 iyul tarixində Xorvatiyada təşkil olunacaq.