İngiltərənin "Mançester Yunayted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Serro Porteno"dan Dieqo Leonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mançester Yunayted" 18 yaşlı sol cinah müdafiəçisi üçün Paraqvay klubuna 4 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Dieqo Leon "Serro Porteno"nun yetirməsidir. Paraqvay millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub.