Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb. Sport24.az xəbər verir ki, anqolalı sağ vinger Paulo Kimbila "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq.
19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulonun son klubu Bəhreyn təmsilçisi "Əl-Əhli" olub.
Qeyd edək ki, "Qəbələ" daha öncə Prins Ovusu və İsaak Amoanı heyətinə qatıb.