"Zirə"nin sabiq futbolçusu Yozef Bum vəfat edib. Sport24.az xəbər verir ki, kamerunlu müdafiəçinin ölümü barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Bumun hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, 2017/18 mövsümündə "Zirə"nin heyətində 17 oyuna çıxmış Yozef Bum Türkiyədə "Antalyaspor" və "Mersin İdman Yurdu"nun formasını geyib.