"Zirə"nin 2 futbolçusu milli komandaların heyətinə çağırılıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İssa Cibrila Niger yığmasına, Eldar Quliyev isə Ukraynanın 23 yaşadək futbolçulardan ibarət millisinə dəvət alıb.

 

Qeyd edək ki, Niger yığması yoxlama oyununda Toqo, Ukraynanın U-23 millisi isə Yaponiyadan olan həmyaşıdları ilə qarşılaşacaq.