Albaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatia" evdə "Partizani" ilə qarşılaşıb.

 

Görüş qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Matça start heyətində başlayan Zamiq sona qədər meydanda olub.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu – "Vllaznia" – "Dinamo Tirana" qolsuz "sülh"lə yekunlaşıb.