"Mövsümə yaxşı start verməmişdik. Ancaq sonradan toparlanmağı bacardıq və yekunda Premyer Liqada qaldıq". Bu sözləri Sport24.azaa açıqlamasında "Kəpəz"in futbolçusu Yusif Nəbiyev deyib.

Nəbiyev komanda və özünün mövsümdəki çıxışını dəyərləndirib: "Özüm üçün də mövsümü normal sayıram. Başım əməliyyata qarışdığı üçün karyeramla bağlı heç nə düşünməmişəm. Hələ real təklif də yoxdu".

 

KAMAL RZA