"Neftçi"dən ayrılan braziliyalı müdafiəçi Yuri Matias "ağ-qaralarla" vidalaşıb. Sport24.az xəbər verir ki, o, instaqram hesabında bunları yazıb: "Neftçi" ailəsindən hər kəsi salamlayıram. Artıq vidalaşmağın vaxtıdır. Hər şeyə görə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram. "Neftçi" karyeramda ən çox oyun keçirdiyim və ən çox qol vurduğum kluba çevrildi. Bu cür tarixi olan klubda oynamaq mənim üçün şərəf idi".

 

Qeyd edək ki, müdafiəçi 2022/2023-də mövsümündə "Neftçi" ilə müqavilə bağlayıb. Brazliyalı paytaxt klubunun heyətində 71 oyun keçirib və 10 qol vurub. Futbolçu karyerası ərzində "Amerika", "Akademika", "Traktor", "Qaz Metan", "ÇFR Kluj" kimi klubların formasını geyinib.