"Qarabağ" Konfrans Liqasının qrup mərhələsində mübarizəyə "Bazel"lə ev matçıyla başlayaraq qolsuz bərabərliyə qaldı. Qurban Qurbanovun komandasının həm isveçrəlilərlə görüşdəki oyununu, həm də qrupdakı şanslarını dəyərləndirmək üçün "Mütəxəsssis rəyi" rubrikamızda Yunis Hüseynovla söhbətləşdik.

- Yəqin ki, dünənki matçda sizi də oyun razı saldı, nəticə narazı...

- Elədi. Matçı stadiondan izlədim. "Qarabağ" həqiqətən çox yaxşı oynadı. Rəqibi hər ikisi hissədə üstələdi hərtərəfli - həm taktiki, həm fiziki cəhətdən, həm topla oyunda. Qol olsaydı, daha da yaxşı olardı. Əfsuslar olsun ki, bu, olmadı. Oyunun yeganə çatışmayan cəhəti qolun yoxluğu idi.

- Bu, hücumçuların ustalıq səviyyəsinin yetərli olmaması ilə bağlı idi, yoxsa...?

- Deməzdim ki, ustalıq səviyyəsi çatmadı. Bu, futboldu, belə olur. Futbolda qolu vurmadınsa, bu, o demək deyil ki, ustalıq səviyyəsi çatmır. Yox, elə bir şey yoxdu. Hər bir futbolçu istəyir ki, qol vursun. O cümlədən "Qarabağ"da dünənki matçın iştirakçıları. Ancaq elə alındı. Ramil Şeydayevin son dəqiqələrdə başla vurduğu zərbə yüzfaizli qol epizodu idi. Zərbə də güclü idi, sadəcə, qapıçının üstünə getdi. Topa bir az sağa, yoxsa sola getsəydi, tora qovuşacaqdı. Onu da nəzərə alaq ki, rəqibin qapıçısı özünü çox yaxşı tərəfdən göstərdi. "Bazel"in xal qazanmasının demək olar 80 faizini qapıçı həll elədi.

- Hamı bir ağızdan deyirdi ki, "Bazel" bu qrupun aşkar favoritidi. Ancaq onun real səviyyəsini dünən gördük. Sizcə, deyilənlər şişirdilmiş idi, yoxsa "Bazel" bütün "kartlarını açmadı"?

- "Bazel" Avropada tanınmış bir klubdu. Sadəcə, əvvəlkiylə indiki arasında fərq var. O vaxtkı "Bazel"in oyunlarını görmüşdük. Ancaq dünən "Qarabağ" onu həddən artıq üstələdiyindən belər bir oyun göstərə bilmədi. Sizə deyim ki, Avropa klublarında da bir az düşüş var. Əvvəlki səviyyəli futboçuları da yoxdu, əvvəlki oyunlarını da oynamırlar belə götürəndə. "Qarabağ" "Bazel"dən qat-qat yaxşı oynadı. 

- Hələ püşkədn sonra inam yarandı ki, nəhayət, pley-offa çıxa bilərik. İndi "Bazel"i iş başında görəndən sonra bu əminlik yaranıb sizdə?

- "Bazel"i gröməmişdən əvəvl də demişdim ki, "Qarabağ" bu qrupdan çıxacaq. Digər rəqiblərdən "Kayrat"la "Omoniya"nın çempionatda son oyunlarında nəticəlriylə maraqlanaraq uduzduqlarından xəbərim var. Düzdür, adına görə "Bazel"i favorit sayırlar. Ancaq buna baxmayaraq, "Bazel"in "Qarabağ"ın qrupdan çıxacaqlarına qabaqkı fikrilərimdə də bidlirmişdim. Düzdür, indi durub "Kayrat"la "Omoniya"ya yuxardan aşağı baxmayaq. Bu, futboldu, hər şey ola bilər. İstənilən halda, fikrimdə qalıram ki, "Qarabağ" bu qrupdan çıxacaq! 

- Siz özünüz SSRİ vaxtında "Kayrat"a qarşı oynamısınız. Almatıda oynamaq çətindi dəniz səviyəsindən yüksək olmasına görə?

- Həm ona görə, həm də orda dəhşət soyuq olur. Qış vaxtında getməsələr, yaxşıdı.

- Noyabrın əvəvlində gedəcəklər...

- Həmin vaxtlar orda şaxtalar, əməlli-başlı soyuq olur. Acaq buna baxmayaraq, "Qarabağ" inşallah, orda da qalib gələcək. Bəli, "Kayrat"a qarşı oynamışam da, qol da vurmuşam. Uzaqdan bir yaxşı da qol alınıb.

- Almatıda, yoxsa Bakıda?

- Bakıda.

- Təsadüfən məşhur 6:0-da deyldi?

- Bəli, 3-cü qolun müəllifi mən idim. Ancaq o vaxtın futboluyla indiki arasında fərq çoxdu. 

- Sizcə, bu qrupda 1-ci yerə oynamaq realdımı? Hər halda, bunun üstünlüyü var ki, pley-offdakı rəqibin Konfrans Liqasından olur. 2-ci yeri tutsan isə Avropa Liqasında qrupun 3-cü ilə görüşəcəksən...

- İnşallah, qrupdan çıxsınlar, təki bu, olsun - fərqi yoxdu 1-ci, yoxsa 2-ci yerlə buna nail oldular. Onsuz də ilkə imza atacaqlar. 

- Dünən zədə üzündən fasilədə əvəzlənən Xayme Romeronun ciddi zədələndiyi, əməliyyat olunacağı, ən azı 5-6 ay oynaya bilməyəcəyi ilə bağlı üzücü xəbər aldıq. Bu, nə dərəcədə itkidi "Qarabağ" üçün?

- Siz zəng edəndən bir az əvvəl bu haqda xəbəri internetdən oxudum. Çarpaz bağlarından zədə alıb. İtki olmağına əlbəttə ki, itkidi. Xayme cinahda özünü yaxşı tərəfdən göstərən, effektli futbolçudu. Mənə elə gəlir ki, yeni transfer, Romeronun yerinə çıxan monteneqrolu Marko Vesoviç kollektivə tam qoşulacaq, yavaş-yavaş oynadıqca komandaya tam uyğunlaşacaq. 

- Bəs, yeni hücumçu olan İbrahima Vadjini necə qiymətləndirərdiniz?

- Hələ ki xoşuma gəlir açığı. "Neftçi"ylə matçda da, bu dəfə də start heyətində meydana buraxdı Qurban müəllim onu. Hücumçu kimi bəyənirəm. Cəlddi, cərimə meydanında tez fikirləşir - əsas odu. İstəyərdik ki, gələcəkdə daha yaxşı olsun.

 

 

MEHMAN SÜLEYMANOV