Futzal üzrə Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, növbəti turun bir oyunu təxirə salınıb.

Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Araz”ın (Naxçıvan) EKOL-a qarşı keçirməli olduğu oyun qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb ölkə çempionunun həmin ərəfədə UEFA Çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdır. Azərbaycan təmsilçisi oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada "Uraqan İvano - Frankivsk" klubu ilə qarşılaşacaq. Oktyabrın 28-də baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yüksək Liqa
V tur

29 oktyabr

U-19 - Record club.az
Bakı İdman Sarayı. Saat 14:00

Xilə - Alyans (Lənkəran)
Bakı İdman Sarayı. Saat 16:00

Neftci İK - Baku Fire
Bakı İdman Sarayı. Saat 18:00.