Misli Premyer Liqasında 2025/2026 mövsümünün ikinci yarısına hazırlaşan "İmişli" komandası transfer çalışmalarını davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə klubuna bir neçə futbolçu təklif edilib.

Bu, Azərbaycandakı agentlər vasitəsi ilə baş tutub.

Təqdim olunanlar arasında yerli və əcnəbi oyunçular da var. "İmişli" isə həmin futbolçuları baxışa dəvət edib və yekun qərarı baş məşqçi Jorj Kaşkilya verəcək.

Premyer Liqa komandası qışda heyətinə ilk növbədə yeni hücumçu qatmaq niyyətindədir.

Qeyd edək ki, "İmişli" 16 turdan sonra 17 xalla 9-cu pillədə qərarlaşıb.