"Mingəçevir" heyətinə yeni futbolçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Abba Usmanı transfer edib.
2
1 yaşlı hücumçu keçidlə bağlı açıqlama da verib. Nigeriyalı futbolçu deyib: "Salam, "Mingəçevir"! Mən gəldim. Sizi görmək üçün səbirsizlənirəm".
Qeyd edək ki, "Mingəçevr" hazırda çempionatda 11 turdan sonra 6 xalla sonuncu - 10-cu sıradadır.