Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə oyundan öncə fikirlərini bölüşüb:

Sport24.az xəbər verir ki, “Neftçi”nin təcrübəli oyunçusu bu gün Brüsseldə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah biz çox yaxşı komanda ilə oyuna çıxacağıq. Belçika millisi dünyanın ən yaxşı komandalarından biridir. Yaxşı nəticə qazanmaq istəyirik. Yaxşı oyun göstərmək üçün tam hazır olmalıyıq. Hamı 100 faiz güc qoymalıdır ki, bu istəyimizə çataq. Ümid edirəm ki, buradan yaxşı nəticə ilə qayıdarıq”.