"Qarabağ"ın yarımmüdafiəçisi Yasin Benzia cari mövsümdəki çıxışı ilə bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, "RMC Sport"a danışan təcrübəli futbolçu Ağdam klubundakı performansını dəyərləndirib:

 

"Bu mövsüm Avropa Liqasındakı oyunlar da daxil olmaqla 40 matçda oynaya bildim. Fransa ikinci liqasının klublarından təkliflər almışam. Amma özümü orada görmürəm. Mövsümü əla keçirirəm və "Qarabağ"da xoşbəxtəm. Nəhayət, hər şey planlaşdırdığımız kimi gedir".

 

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən ilin yanvar ayında "Qarabağ"la müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.