Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyunlar çərçivəsində baş tutacaq günün yeganə matçı Bakıda təşkil olunub.

 

Ölkənin iki ən titullu klubu "Neftçi Arena"da qarşılaşıb. Titul həsrətində olan "Neftçi" artıq çempionluğu təmin edən "Qarabağ"a 0:4 hesabı ilə uduzub.

 

Qeyd edək ki, ilk oyunlara sabah baş tutacaq "Zirə" – "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Azərbaycan kuboku

1/2 final mərhələsi

İlk oyun

 

20:00. "Neftçi" – "Qarabağ" 0:4 

Qol: Toral Bayramov, 14 (p), 30. Yankoviç, 37. Nəriman, 86

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov

Bakı. "Neftçi Arena"

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov