"Şahdağ Qusar" rəhbərliyindən təklif gəldi. Məni komandanın "sükanı arxasında" görmək istəyirdilər. Düşünüb, götür-qoy etdikdən sonra təklifə müsbət cavab verdim. Qarşıma komandanı çempion etmək hədəfi qoyulub". Bu sözləri Sport24.az-a açıqlamasında Elnur Abdullayev deyib.
Bir neçə ildi "Səbail"in futbol akademiyasında çalşşan gənc mütəxəssis artıq II Liqa klubunun heyətini formalaşdırmaq üçün qollarını çırmalayıb: "Məsuliyyətimi dərk edirəm. Bura istirahətə gəlməmişəm. Futbolçu seçimimizlə bağlı problem yoxdu. Hazırkı heyətdə yer alan oyunçuların hamısı mənim taktika, strategiyama uyğundu. Sadəcə, bəzi mövqelər üçün bir-iki yeni oyunçu da cəlb edəcəyik. Avqustun 1-dən toplanışa start verəcəyik".
Abdullayev düşərgə təcrübəli futbolçuların olmasını müsbət məqam kimi dəyərləndirir: "Komandamda təcrübəli futbolçulara ehtiyac çoxdu. Sıralarımızda yer alan belə oyunçuların xidmətindən istifadə edəcəyik. Rahid Əmirquliyev vaxtilə birgə oynadığım, çiyin-çiyinə mübarizə apardığım futbolçu olub. İnsan kimi də onunla çox yaxınıq. Rahidin sərəncamımda olmasına çox sevinirəm. Belə təcrübəli futbolçunun kollektivdə yer alması həm məşqlərdə, həm meydanda, həm də meydandan kənarda biz çox böyük üstünlükdü".
Qeyd edək ki, Elnur Abdullayevin Çalışdıracağı "Şahdağ Qusar" yeni mövsümdən II Liqada mübarizə aparacaq.
ABDULLA İSMAYILOĞLU