Albaniya çempionatının 3-cü turunda qarşılaşmalar davam edir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" klubu "Vlajniya" ilə qarşılaşıb.
Görüş çətin keçib və "Partizani" 1:4 hesabı ilə məğlub olub. Matça start heyətində başlayan Vüsal İsgəndərli 26-cı dəqiqədə komandasının yeganə qolunu vuraraq hesabı açıb.
Qeyd edək ki, İsgəndəli 68-ci dəqiqədə əvəzlənib.