Bu gün keçiriləcək iki oyunla Misli Premyer liqasında IV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında iki bölgə klubu üz-üzə gələcək.

 

"Şamaxı" "doğma divarlar" arasında "Karvan-Yevlax"ı qonaq edir. Aktivində 2 xal olan "şirlər" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıbsa, elitanın debütantı 4 xalla 7-ci yerdədir.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:30-da səslənəcək.

 

Misli Premyer liqası

I dövrə, IV tur

16:30. "Şamaxı" - "Karvan-Yevlax"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Şəhər stadionu.