"Neftçi" öz meydanında oynayır. Mən oyun baxımından "Neftçi"də nəsə görmədim. Mövsüm ərzində bir neçə turda individual oyun gördüm, komanda oyunu yox. Bu baxımdan düşünürəm ki, "Neftçi" fərdi şəkildə nəsə edə bilər". Bu sözləri Sport24.az saytına açıqlamasında Vladislav Qədirov deyib. 

Mütəxəssis Azərbaycan Kubokunun finalında keçiriləcək "Neftçi" - "Qəbələ" oyunundan danışıb: "Qəbələ" komanda oyunu nümayiş etdirir. Elmar Baxşıyevin işini bəyənirəm. "Neftçi" uduza-uduza gedir. Artıq "Neftçi"nin məğlubiyyətindən sonra mediada nə yazılacağını da bilirəm. Oyun yox, bir şey yox, komanda belə vəziyyətdə qalıb. "Neftçi" Azərbaycan futbolunun brendidir. "Qəbələ"də yerlilərdi və normal fəaliyyət göstərirlər. Normal komanda yaradırlar. Yaxşı da futbol göstərirlər. Bu amilləri nəzərə alsaq, "Qəbələ"nin favorit olduğunu deyə bilərəm".

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu iyunun 3-də keçiriləcək.

 

KAMAL RZA