UEFA Çempionlar Liqasında (ÇL) ən çox qol vuran futzalçıların siyahısı dərc olunub. Sport24.az xəbər verir ki, sevindirici məqam siyahıda həmyerlimizin olmasıdır.

Belə ki, uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan Vitali Borisov 45 qol vurub. O, bu göstərici ilə 4-cü pillədədi.

Lider isə Portuqaliya futzalının əfsanəsi Rikardinyodu. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə ÇL-də iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qolla var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Kirilo qapayır – 44 qol.

Qeyd edək ki, karyerasını başa vurmuş 41 yaşlı Borisov hazırda Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçisidi.