Fernandu Santoşun məşqçilər korpusunda yer alacaq yerli məşqçinin adına böyük ölçüdə aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Arif Əsədovdan sonra boş qalan yerə millinin aşağı yaş qruplarında çalışan məşqçilərdən biri təyin olunacaq.

 

Redaksiyamıza daxil olan bilgiyə əsasən, Əsədovun boş qoyduğu posta Vaqif Cavadovun namizədliyi irəli sürülsə də, rəhbərlik tərəfindən qəbul olunmayıb. Belədə başqa yerli məşqçinin namizədliyi gündəmə gəlib. Söhbət Elxan Abdullayevdən gedir. Mənbəmizin sözlərinə görə, yaxın vaxtda onun təyinatı ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, Abdullayev hazırda U-19-un çalışdırıcısıdı.