"Qarabağ"ı artıq indidən çempion kimi təbrik etmək olar. Bu ağdamlılar üçün  xoş məqam olsa da, ümumilikdə çempionatımız üçün heç də yaxşı mənzərə deyil". Bunu Sport24.az-a açıqlamasında Vaqif Cavadov bildirib.

 

Veteran futbolçu növbəti mövsümdə çempionluq uğrunda daha ciddi rəqabətin gedəcəyinə inandığını söyləməklə yanaşı, cari mövsüm üçün də şansları dəyərləndirib: "İnanaq ki, heç olmasa gələn mövsüm çempionluq uğrunda daha çox komanda mübarizə aparacaq. Digər komandaların şanslarına gəlincə, konkret nəsə demək olmur. Fikrimcə, 2-4-cü yerlərlərin sahibləri son turda bəlli olacaq. Çünki mükafatçılar sırasına iddialılar arasında xal fərqi böyük deyil, heç 6 xallıq da məsafə yoxdu. Bir komanda udan kimi yuxarı qalxır, uduzanlar isə aşağı düşür. Hazırda "Zirə", "Neftçi", "Sabah"və "Səbail"in şansları var. Burda kimin psixoloji baxımından daha hazırlıqlı olması da sözünü deyəcək".

 

Cavadovun fikrincə, "Qəbələ" elitanı tərk edəcək: "Mövcud mənzərə "Qəbələ"nin elitanı tərk edəcəyini deyir. Çünki çox vacib xallar itirdilər. Onlardan fərqli, "Kəpəz" Adil Şükürovun gəlişindən sonra baxımlı və nəticə qazandıran oyunları ilə diqqət çəkirlər. "Sarı-göylər" hazırda "Qəbələ"ni 11 xal qabaqlayır. Bölgə təmsilçisi üçün vəziyyəti dəyişmək çətin olacaq".



ABDULLA İSMAYILOĞLU