"Qəbələ"nin futbolçusu Ülvi İsgəndərov Azərbaycan Kubokunun final görüşü ilə bağlı danışıb. Sport24.az-a açıqlama verən 26 yaşlı hücumçu qələbə iddiasında olduqlarını söyləyib: "Neftçi"ylə görüşə yaxşı hazırlaşmışıq. Final matçı hər zaman başqa ab-havada olur. Qalib gəlmək istəyirik".

Qeyd edək ki, görüş saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.

 

KAMAL RZA