Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib. Sport24.az xəbər verir ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin "Krakoviya" stadionuna təyin edib.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

 

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki "Tarçinski Arena"da keçirilməsi planlaşdırılırdı.