17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib. Sport24.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq.

 

Matçlar Moldovada təşkil olunacaq.

 

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.