Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb. Sport24.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Novi Pazar" (Serbiya) - "Yagelloniya" (Polşa) komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

 

İyulun 24-də "Qradski" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də keçiriləcək.