UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda vurulan qollardan 4-ü və həmin oyunlarda qeydə alınan statistik göstəricilər yayımlanıb.

Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun Bakıda Qazaxıstan “Kayrat”ına vurduğu qol da həmin qolların siyahısında yer alıb. Videoxəbərə də 26 yaşlı futbolçunun fotosu qoyulub.

UEFA, “köhlən atlar”ın ardıcıl 16-cı matçında məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.

Abbas Hüseynovun son dəqiqələrdə vurduğu qol “Qarabağ”a “Kayrat”la görüşdə 2:1 hesablı qələbə qazandırıb.