Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

 

Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.