Bu gün və sabah I Liqada XIX turun oyunları keçiriləcək. Sport24.az PFL-ə istinadən xəbər verir ki, artıq matçların hakim təyinatları da açıqlanıb.

 

Turun mərkəzi görüşü İmişlidə baş tutacaq. Bölgənin eyniadlı komandası liderlər qrupunda yer alan "Şamaxı"nı qəbul edəcək. Premyer Liqayda iddialı komandaların oyununda baş hakim Fərid Hacıyev olacaq.

 

Rauf Allahverdiyev isə lider "Qaradağ Lökbatan"ın "irəvan"la matçını idarə edəcək.

I Liqa

XIX tur

28 mart (cümə axşamı)

15:00. "Karvan" – "Difai Ağsu"
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu.

15:00. "Qaradağ Lökbatan" – "İrəvan"
Hakimlər: Rauf Allahverdiyev, Anar Bədəlov, Mirnihat Seyidov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Lökbatan. OİK stadionu.

16:00. "Araz Saatlı" – "Mingəçevir"
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Elman Kərimov, Murad Səlimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Saatlı. OİK stadionu.

 

29 mart (cümə)

15:00. "Zaqatala" – MOİK
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zaqatala. OİK stadionu.

16:00. "İmişli" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Asiman Əzizli, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
H.Əliyev adına İmişli şəhər stadionu.