"Neftçi"ylə müqaviləm bu mövsümün sonunda bitir. Yeni müqavilə imzalanmasıyla bağlı açıqlama verməyim. Çünki hələ tezdi, gözləyək görək nə olur". Bu fikirləri Sport24.az-ın Tovuza ezam olunmuş açıqlamasında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib.
Onu sözlərinə görə, uzun illərdi formasını geyindiyi "ağ-qaralar" başa çatan müqavilənin artıq indidən uzadılmasında maraqlıdı: "Yeni müqavilə bağlaya da bilərəm...Bu, məndən, klubdan asılıdı. Hələ danışıq olmayıb. Düzdü, belə bir fikir var".
Belə çıxır ki, "Neftçi" Rəhmanı istəyir, sadəcə, futbolçu başqa təklifləri olduğunda hələ tərəddüd edir?:"Təbii ki, mən də istəyərəm "Neftçi"də qalmaqda. Başqa təkliflərim olmağına var. Sadəcə, hələ bununla bağlı qərar vermək, nəsə demək tezdi. Qışda inşallah, bir qərar verərik".
30 yaşlı Hacıyev Azərbaycan daxilində də, kənardan da təkliflərinin olduğunu diqqətə çatdırıb: "Özü də hamısı realdı. Menecerim də yoxdu, özüm həll edirəm bütün məsələləri. Əlbəttə ki, legioner həyatı yaşamağa özümü hazır sayıram. Məsuliyyəti başa düşürəm. Bir dəfə legioner həyatı da yaşamışam, oynamışam Türkiyənin I Liqasında. Yenidən ordan təklifim var".
Xatırladaq ki, Rəhman 2015-ci ildən "Neftçi"nin futbolçusudu və bura keçənədək Türkiyənin "Qaziantep Böyük Bələdiyyəspor" (5 oyun) klubunda çıxış edib. Onu yetirməsi olduğu "Bakı" həmin vaxt icarəyə vermişdi və 4 ayda sonra futbolçu Vətənə dönmüşdü.
MEHMAN SÜLEYMANOV