"Qarabağ"ın qapıçısı Andrey Lunyov Türkiyə klublarının hədəfinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə rusiyalı futbol agenti Anzor Qarqayev deyib.

 

O, türk klublarnın rusiyalı futbolçulara marağından danışıb. Qarqayev Lunyovun da adını çəkib: "Türkiyədə idman direktorları bizim futbolçularla bağlı maraqlanıblar. Onlarla oyunçumuz türk klublarında çıxış edə bilər, amma onlar çox az şans verirlər. Məndən Cikiya, Mirançuk, Barinov, Kuzyayev və Lunyov barədə soruşublar. Böyük maraq var".

 

Qeyd edək ki, Anzor Qarqayev rusiyalı futbolçu Maqomed Ozdoyevin "Karagümrük"ə keçidində rol oynayıb.