"Normal bir mövsüm keçirdik. Çətinliklərimiz oldu, mübarizə apardıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli deyib.

29 yaşlı qolkiper komandasını başa çatan mövsümdəki çıxışını dəyərləndirərək, yaxşı qələbələr qazandıqlarını vurğulayıb: "Bir sözlə, enişli və yoxuşlu yollardan keçdik. Hər kəs mübarizə apardı. Qarşımıza qoyulan hədəfə çatdıq. Təbii ki, bundan daha da yaxşı ola bilərdi. Amma bu da pis nəticə deyil".

Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"yə uduzaraq mübarizəni dayandıran "Turan Tovuz" Premyer Liqada 6-cı yeri tutub.

 

 

KAMAL RZA