"Klubla müqaviləmi yeniləmişəm. Bundan sonra daha bir il "Turan Tovuz"da çıxış edəcəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli deyib.

29 yaşlı qolkiper "Sumqayıt"da çıxış etmiş Aydın Bayramlının da yeni mövsümdən Tovuz təmsilçisinı keçidinə belə münasibət bildirib: "Bu, baş məşqçinin qərarıdı. Rəqabət varsa, istənilən halda, qazanan biz olacağıq. Təbii ki, tək qapıçı yox, həm də klub qazanacaq. Baş məşqçimiz bütün mövqelərdə güclü rəqabət istəyir. Bu səbəbdən mənim üçün normal haldı. Əsas odur ki, komandamıza xeyirli olsun".

Xatırladaq ki, Əhmədli iə Bayramov "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Sumqayıt"ı çalışdırdığı vaxtda rəhbərliyi altında çıxış ediblər. 

 

 

KAMAL RZA