"Henri Okeruqvli ilə artıq vidalaşmışıq. Düzdür, o da bizə kömək elədi. Onun da potensialı var idi. Amma hardasa rəqabətdə geri qaldı, zədə alandan sonra gec formaya düşməyi öz sözünü dedi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. 

Onun sözlərinə görə, legionerlərinə 10 gün vaxt veriblər: "Bəzilərinə biz qərarımızı deyəcəyik ki, saxlayırıq, ya yox, bəziləri isə bizə qərarlarını deyəcəklər. Burda maliyyə söhbəti də var, bəzi mövqelərə yeni transferlər fikirləşirik. Yəni, hərtərəfli məsələlər var. Gərək hər iki tərəf razı olsun. 10 gündə bilinəcək. Çox da uzada da bilmirik. Çünki vaxtımız yoxdu". 

Abbasovun sözlərinə görə, Cənubi Afrika Respublikası yığmasının kapitanı olan mərkəz müdafiəçisi Xulu Siyanda da həmin 10 gün vaxt verilən futbolçular sırasındadı. Sadəcə, tovuzlular Xulunu saxlayıb-saxlamamağı götür-qoy edir. 

 

 

MEHMAN SÜLEYMANOV