"Sonuncu olmağımız rəsmləşəndən sonra itirəcəyimiz bir şey qalmamışdı. Adımıza görə, maksimum yaxşı oynayıb, azarkeşlərimizi sevindirmək istəyirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Zurab Oçiqava deyib.


Gürcüəsilli ukraynalı futbolçu "Səbail" üzərində qələbənin qarşıdakı 3 tur üçün komandanı motivasiya edəcəyini bildirib: "Uzun müddət idi, 3 xala həsrət idik. Qələbəyə çox ehtiyacımız vardı. Bu 3 xal yaralarımızı sağaltmasa da, ən azı qarşıdakı oyunlar üçün bizə motivasiya olacaq"


"Qırmızı-qaralar"ın legioneri gələcək planlarından da söz açıb: "Çempionat hələ yekunlaşmayıb. Bizi qarşıda 3 matç gözləyir. Komandada qalıb-qalmayacağım haqqında isə nəsə deyə bilmərəm. Zaman göstərəcək".

ABDULLA İSMAYILOĞLU