"Turan Tovuz"un yeni baş məşqçisi Kurban Berdıyev artıq Bakıdadı. Sport24.az-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis dünən iki koməkçisi (biri qapıçılar üzrə məşqçidi) ilə birgə Azərbaycana gəlib.

 

Kluba yaxın mənbədən redaksiyamıza daxil olan bilgiyə əsasən, 71 yaşlı mütəxəssis bu gün komandanın məşqlərə başlayacağı Bakı Olimpiya stadionunu (BOS) gözdən keçirəcək. Tovuz təmsilçisi toplanışın ikinci mərhələsini isə Qəbələdə keçirməyi planlaşdırır.

 

"Boz qurd" yeni mövsümün hazırlığını Türkiyədə yekunlaşdıracaq. Komanda gələn ay Ankara yaxınlığındakı Qızılcahamama üz tutacaq. Təlim-məşq toplanışının sonuncu mərhələsini qardaş ölkədə keçirəcək qərblilər, 3 yoxlama oyununda gücünü yoxlayacaq. Oyunların tarixi və rəqiblərin adları isə hələ müəyyənləşməyib.