"Qış fasiləsinə qədər çətin oyunlarımız çox oldu. Elə qarşılaşmalar oldu ki, qələbə qazandıq, amma məğlub ola bilərdik və ya əksinə. Bəzi matçlarda zədəli oyunçuların çoxluğundan meydana istədiyimiz heyətlə çıxa bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasıənda "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

 

Mövsümün ilk yarısını dəyərləndirən təcrübəli müdafiəçi komandasının çıxışını qənaətbəxş hesab edib: "Qələbə qazana bilmədiyimiz görüşlərdə ən azı məğlub olmamağa çalışdıq. Nəticəni pis hesab etmirəm. Üçüncü dövrədə ardını gətirmək lazımdır".

 

Qeyd edək ki,  "Turan Tovuz" 18 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

 

 

. .