"Sabah"la oyunda qələbə qazanıb kubokda irəliləmək istəyirdik. İki dəfə hesabda önə keçsək də, qoruya bilmədik. Bu matçdan nəticə çıxarıb, yolumuza davam edəcəyik". Bu sözləri Sport24.az saytına açıqlamasında "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.
Ölkə Kubokunun 1/8 final mərhələsində penaltilər seriyasında "Sabah"a məğlub olan "Turan Tovuz"un futbolçusu dünən baş tutan görüşdə qalib gələ bilməməsindən danışıb:
"Düzdür, beş oyundur qalib gələ bilmirik. Amma qələbəyə layiq olduğumuz oyunlar var. Bu qarşılaşmaları unudub gələcək oyunlarda tam istəkli olub uğursuz seriyaya son qoymağa çalışacayıq".
Qeyd edək ki, Tovuzda baş tutan qarşılaşmada "Sabah" penalti seriyası ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.