"Turan Tovuz"un daha bir legioneri zədələnib. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov gürcü mərkəz yarımmüdafiəçisi Piruzi Marakvelidzenin sıradan çıxdığını deyib: "O, məşqdə zədələndi. Bizim üçün itkidi. Bakıya gedəndən sonra MRT müayinəsi edərək, zədəsinin nə dərəcədə ciddi olacağını biləcəyik".

Abbasovun sözləriə görə, panamalı mərkəz müdafiəçisi Roderik Miller zədəsini sağalsa da, o da Piruzi kimi "Neftçi"ylə bugünkü ev matçında heyətdə olmayacaq: "Miller sağalıb, amma qarşıdakı oyunda iştirak etməyəcək. "Neftçi"ylə matçdan sonra hazırlığımıza qatılaraq komandayla yüz faiz gücüylə məşq edəcək. Bu həffə isə individual məşqlərlə kifayətləndi və tam hazırdı. Roderik gələn həftə bizə qoşulacaq. Zədəlilərimizlə bağlı hazırkı durum belədi".

Xatırladaq ki, Miller zədə üzündən son 2 turda iştirak etməyib.

 

 

MEHMAN SÜLEYMANOV