"Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi məsələsi yaxın günlərdə həllini tapacaq. Son detallar qalıb". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz" mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev deyib.

"Boz qurd"ların sözçüsü "Turan Tovuz"un yenidən "Turan" adlanması ilə bağlı da sualı da cavablandırıb.

"Ad dəyişmə məsələsinə gəldikdə hüquqi prosedurlar var hansı ki, hazırda davam edir. Hər iki məsələ ilə bağlı bütün detalları rəsmi açıqlayacağıq".

 

Qeyd edək ki, Qərb təmsilçisi ötən mövsümün sonunda ev oyunlarını keçirdiyi arenanın süni örtüyünün otla əvələmək istədiyini açıqlamışdı.