Beynəlxalq Atletika Assosiasiyası (World Athletics) transgenderl’rin qadınların yarışında iştirakına qadağa qoyub. Sport24.az xəbər verir ki, bu barədə qurumun prezidenti Sebastyan Kou məlumat verib: “Belə qərara gəldik ki, bayrağımız altında keçirilən yarışlarda qadınlarımızı daha ciddi şəkildə qorumalıyıq. Ona görə də transgenderlərin yarışına qadağa qoyduq. 40 müxtəlif federasiyanın rəsmiləri, idmançılar, məşqçilər və ictimai xadimlərlə söhbətdən sonra belə qərar qəbul etmək fikrinə düşdük. Onların əksəriyyəti transgendərlərin yarışlarımızda iştirak etməməli olduğunu söylədi. Çoxları hesab edir ki, trans-qadının bioloji qadınlar qarşısında üstünlük saxlmaması ilə bağlı sübutlar yetərli deyil. Transgenderlərin qadın komandaların yarışlarına daxil edilməsi variantını nəzərdən keçirmək üçün daha çox dəlil toplamaq lazımdı".